Rəsmi qaydalar
Bizim vədimiz
Biz “MARS” LTD şirkətində məhsullarımızın marketinq təşviqi məsələlərinə məsuliyyətli yanaşırıq. Bizim məhsullarımızın təşviqi ilə bağlı qaydaların məcmusundan ibarət daxili Marketinq Kodeksimiz var. Kodeksdəki müddəaya əsasən “MARS” LTD-nin reklam kampaniyaları 12 yaşına çatmış şəxslərə ünvanlanır. Hesab edirik ki, məhz bu yaşdan etibarən insanlar qənnadı məmulatlarının səmərəli istehlakı ilə bağlı şüurlu seçim edə bilirlər. Biz Marketinq Kodeksini reklam kampaniyalarının planlaşdırılmasında və həyata keçirilməsində istifadə edirik. Biz istəyirik ki, Siz və ailəniz bizim məhsullar barədə tam və etibarlı informasiyaya malik olasınız. Əgər məhsullarımızı necə məsuliyyətlə reklam etdiyimiz barədə daha ətraflı məlumat almaq istəyirsinizsə, Mars şirkətinin Marketinq Kodeksi ilə tanış olmaq üçün keçiddən istifadə edin.